Bu gün Dohada (Qətər) cüdo üzrə dünya çempionatının fərdi yarışı başa çatacaq.
Fanat.Az xəbər verir ki, yarışın 7-ci günündə Azərbaycan millisinin bir idmançısı tatamiyə çıxacaq.
Uşanqi Kokauri (+100 kq) startda Kodi Endryusla (Yeni Zelandiya) qarşılaşacaq.
Qeyd edək ki, yığmamızın aktivində Zelim Kotsoyevin (100 kq) qazandığı bir bürünc medal var