Beynəlxalq Buzüstü Xokkey Federasiyası (IIHF) öz turnirlərində İsrail yığmasının iştirakını müvəqqəti olaraq dayandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə IIHF press-reliz yayıb.
Qeyd olunub ki, bu qərar yarış iştirakçılarının, o cümlədən israillilərin özlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.
Apreldə İsrail xokkeyçiləri Serbiya, Xorvatiya, Avstraliya, İslandiya və BƏƏ ilə eyni qrupda Dünya Çempionatında iştirak etməli idilər.
İsrail 2023-cü ilin oktyabrından Fələstinin "Həmas" hərəkatı ilə müharibə aparır.
Mirağa