2027-ci ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcək şəhər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 4-cü dəfə təşkil olunacaq yarış Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Bu barədə qərarı Avropa Olimpiya Komitəsi verib.
Qeyd edək ki, Avropa Oyunları ilk dəfə 2015-ci ildə Bakıda təşkil olunub. Turnir 2019-cu ildə Belarusun paytaxtı Minskdə, ötən il isə Polşanın Krakov şəhərində gerçəkləşib.