Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək qadın futbolçulardan ibarət milli komandaların qrupları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, turnirdə 12 yığma 3 qrupda mübarizə aparacaq. .
Artıq qrupların tərkibi də bəllidir:
A qrupu: Fransa, Kolumbiya, Kanada, Yeni Zelandiya
B qrupu: ABŞ, Zambiya, Almaniya, Avstraliya
C qrupu: İspaniya, Yaponiya, Nigeriya, Braziliya
Qadınların yarışına iyulun 25-də start veriləcək. Olimpiada Parisdə təşkil olunsa da, futbol qarşılaşmaları Fransanın digər şəhərlərində reallaşacaq.