Amerikalı milyarder Piter Til Xüsusi Olimpiadanın təşkilini maliyyələşdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Mənbənin məlumatına görə, bu yarışlarda idmançılara dopinq istifadəsinə icazə veriləcək.
İş adamı aprel ayında bu barədə daha ətraflı məlumat verəcək. O, Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı da öz ideyasını təbliğ etməyi planlaşdırır.
“Games on Steroids”-in ildə bir dəfə keçirilməsi planlaşdırılır. İlk Xüsusi Olimpiada 2025-ci ildə baş tuta bilər. Orada beş idman növündən - üzgüçülük, gimnastika, ağır atletika, yüngül atletika və döyüş sənəti üzrə idmançılar iştirak etməlidir.