12:08 11.10.2017 1470

Millimizin baş məşqçisi: \"Heç bir rəqibdən ehtiyatlanmıram\"

UEFA kubokunun əsas mərhələsində bu gün ilk oyununu keçirəcək "Araz”ın baş məşqçisi Alesio da Silva Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb.
 
- Komandanın son durumu ilə bağlı hansı məqamları qeyd edərdiniz?
- "Araz”ın bu turnirə 100 faiz hazır olduğunu iddia edə bilmərəm. Çünki heyətimizdə bir zədəli və bir yeni futzalçı var. Ümumi götürdükdə, komandam təxminən 90 faiz oyunlara hazırdır.

- Yüksək Liqada keçirdiyiniz 2 oyunda komanda heç də istənilən səviyyədə çıxış etmədi. Bunun səbəbini nədə görürsünüz?
- Düzdür, istədiyim oyunu hələ nümyiş etdirə bilmirik. Amma EKOL-la zəif çıxış etdiyimizi deməzdim. Əksinə, yaxşı oynadıq. "Yasamal”la oyuna gəldikdə, uşaqlar bir qədər ehtiyatlı davranırdılar. Əksəriyyəti UEFA kubokundakı oyunları düşünərək zədələnməkdən qorxurdular. Həm də bütün rəqiblər bizə qarşı ikiqat motivasiya ilə mübarizə aparırlar. İstəyirlər ki, "Araz”la oyunlarda özlərini yaxşı tərəfdən göstərsinlər.

- Yeni gələn futzalçılar komandaya tam uyğunlaşa biliblər?
- Üç futzalçı dəvət etmişdik. Sonuncu gələn Maykondur, yaxşı futzalçıdır, amma uyğunlaşması üçün vaxt lazımdır. Bir müddət idi oyunlarını izləyirdik və razı qaldığım üçün komandaya götürdük.

- Rəqiblər haqda nə düşünürsünüz?
- Asan qrupda yer almamışıq, əksinə, güclü komandalarla qarşılaşacağıq. İlk oyunda "Mostar”la üz-üzə gələcəyik ki, bu komandanın heyətinin 70 - 80 faizini Bosniya və Herseqovina millisinin üzvləri təşkil edir. Ondan başqa, 3 braziliyalı futzalçı dəvət ediblər, baş məşqçiləri də həmyerlimdir. Bir sözlə, zəif komanda deyillər. İkinci oyundakı rəqibimiz Malta təmsilçisidir, amma heyətlərində tək-tük yerli futzalçı var. Komandanın özəyini xorvatiyalı futzalçılar təşkil edir. Onlardan da biri Xorvatiya millisinin üzvüdür. Braziliyalı oyunçuları da var. Qapıda isə Norveç millisinin qolkiperi dayanır. Qrupdakı son rəqibimiz olan "Deva” isə Rumıniya millisinin üzvlərindən qurulub, yığmanın bazasıdır. Kifayət qədər təcrübəli futzalçıları var. Baş məşqçiləri ispandır. O da düşərgəyə 2 braziliyalı futzalçı dəvət edib. Yeri gəlmişkən, Rumıniya millisi də Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

- Daha çox hansı rəqibdən ehtiyatlanırsınız?
- Açığı, heç bir rəqibdən ehtiyatlanmıram. Qrupun favoriti olduğumuzu da demək istəməzdim. Ancaq elit-raunda qrup qalibi kimi yüksəlməliyik. Çünki reytinqimiz, avrokuboklardakı təcrübəmiz bizi buna məcbur edir. Konkret hansısa rəqibi fərqləndirməli olsam, "Deva”nın adını çəkərdim. Üstəlik, onlar meydan sahibidir.

- Səfərə az vaxt qalmış Emin Kürdovu heyətə dəvət etməyiniz hansı zərurətdən yarandı?
- Anar Məmmədov bizim ikinci qapıçıdır. Sadəcə, qapıçıların məşqini izləyən zaman Anarın zədəsinin olduğunu və tam gücü ilə məşq edə bilmədiyini gördüm. Bundan ehtiyatlandım, fikirləşdim ki, birdən Rövşən Hüseynli qırmızı vərəqə alar və ya zədələnər, Anar isə bu vəziyyətdə onu əvəzləyə bilməz. Ona görə də Emin Kürdovu komandaya dəvət etdim.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2024
15:15

Məşhur futbolçunun əvəzinə qardaşı oynayıb - Klubunun aqibəti necə olacaq?

14:57

"Bilirdik ki, "Zirə" meydanın hər yerində pressinq tətbiq edəcək" - Adama Diakabi

14:39

“Mançester Yunayted” "Barselona" ilə ulduz mübadiləsi edir - Qrinvudun əvəzinə...

14:20

Final seriyasının təqvimi açıqlandı

14:04

Azərbaycan I Liqasında VAR-dan istifadə olunacaq

13:50

MY rəhbərliyi ənənəni bərbad mövsümə görə pozacaq

13:31

"Tottenhem"in ən böyük azarkeşi olacam" - "Arsenal"ın futbolçusu

13:13

Mamardaşvili oynamaq istədiyi klubun adını açıqladı

12:55

Şahruddinin klubu məşhur portuqaliyalını yola saldı

12:38

Bellingem komanda yoldaşını dünyanın ən yaxşısı adlandırdı

12:20

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

12:01

"Bayern Münhen" iki futbolçusunu yola salır - RƏSMİ

11:44

"Neftçi" üçün ilk, tarixdə 7-ci

11:27

"Qarabağ" klub rekordunu yenilədi

11:11

Ançelotti Kurtuaya: "Çox tərlədiyini görmədim" 

10:50

“Qəbələ”nin növbəti qurbanı “Sabah” oldu – Tura baxış

10:19

"Old Trafford"u sel basdı - VİDEO

09:56

Şamaxı Premyer Liqaya dönür - Dəqiqləşdi

09:33

Simeone İspaniya futbolunun tarixinə düşdü - Rekord

09:10

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

12 May 2024
22:52

"Məni qorxudan futbolçuların üzərində olan təzyiqdir"

22:33

"Bizim də penaltimiz var idi" - Şahin Diniyev

21:27

MPL:  "Sabah" Qəbələdə uduzdu, "Sumqayıt" 2-ci pilləyə yüksəldi 

20:48

AÇ: Azərbaycan parataekvondoçusu gümüş medal qazandı

19:57

Kaxaber Tsxadadze "Sabah" üzərində qələbəni şərh etdi

19:33

"Qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin idi" - Krunoslav Renduliç

18:35

"Bayern Münhen" sabiq baş məşqçisinə müqavilə təklif etdi

17:23

Şeydayev baş məşqçisiz qaldı

16:45

"Bu, aĝ yalandır"

16:23

Cəlal oynadı, komandası qələbə qazandı

15:43

"O epizoda penalti verilirsə..."

15:07

Vüsalın komandası elitaya vəsiqə qazana bilər

14:51

Piolinin yerini Konte tutacaq? - SON DURUM

14:11

"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazana bilər

13:47

Azərbaycan millisi iki yoldaşlıq görüşünə çıxacaq

13:14

Levandovski "Barselona"nı bu səbəbdən tərk edə bilər

12:50

Messinin 11 oyunluq seriyası başa çatdı

12:24

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

11:55

Səudiyyə Ərəbistanı çempionu bilindi

11:21

"Başqa yerli və ya xarici klublarla danışıq aparmıram" - Marko Yankoviç

Facebookdan bizi izləməyi unutmayın.
X