15:48 02.11.2017 1423

\"Öz aramızda zarafatlaşanda qrupda üçüncü yeri tutmaqdan danışırıq\" - MÜSAHİBƏ

"Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib. Fanat.Az xəbər verir ki, polşalı legioner həmyerlilərini maraqlandıran məqamlara aydınlıq gətirib.
 
- Çempionlar Liqasının qrupunda ilk 4 turu geridə qalıb və "Qarabağ”ın hesabında 2 xal var. Özü də hər iki xalı 2014 və 2016-cı illərdə turnirdə final oynamış "Atletiko”dan alınıb...
- Hər iki xal bizim üçün möcüzəyə bərabərdi. "Legiya”da olduğu kimi, "Qarabağ”da da qrup mərhələsinə 0:6 hesablı məğlubiyyətlə başladım. Razılaşın ki, çox güclü rəqiblərlə eyni qrupa düşmüşük. Bu mənada, qazanılan hər xal bizim üçün olduqca dəyərlidi.
 
- Hansı rəqibdən daha çox ehtiyatlanırdız?
- Rəqiblərimizi biləndə onlarla heç-heçə etməyin də çətin olacağını düşündüm. Əslində, bunu möcüzə adlandırmamaq da olar. Çünki oynadığımız top klubların tarixini bilmir. Bununla belə, "Atletiko”nun gücünü lazımınca dəyərləndirirdik. Açığı, klublar arasında müqayisə aparmadım. Çünki hər üçü Avropanın ən güclüləridi. Bu mənada, "Atletiko” ilə heç-heçə kiçik sürprizdi. Sona qədər mübarizə apardıq. Madriddə çox qaçdıq, uzun müddət topsuz qalmalı olduq. Qrupda iki görüşümüz qalıb, onlarda da sona qədər "vuruşacağıq”. Öz aramızda zarafatlaşanda qrupda üçüncü yeri tumaqdan danışırıq. Amma bunun üçün "Roma” və "Çelsi” ilə oyunlarda da yaxşı nəticə qazanmaq lazımdı.
 
- "Atletiko” ilə hansı oyun daha çətin keçdi?
- Əslində ikisi də... Amma seçim etməli olsam, Madriddəkini seçərəm. Bakıdakı bərabərlik tarixi nəticə idi. İlk dəfəydi, Azərbaycan klubu Çempionlar Liqasının qrupunda oynayır, xal qazanırdı. Buna görə də, "Atletiko” ilə ilk heç-heçə də əla qarşılandı. Madriddəki matçın ikinci yarısında rəqib daha çox hücum etdi. Pedronun qırmızı vərəqə almasından sonra hücumlarını artırdılar. Buna baxmayaraq, sona qədər dözdük. Qapıçımız Şehiç son dəqiqədə də rəqibin qol şansını əngəllədi. Halbuki, "Çelsi” ilə matçdan sonra onun ünvanına tənqidlər yağdırırdılar.
 
- "Atletiko” ilə budəfəki görüşdən öncə foto payşalaşmış, altından da "Yenə Madrid. Bir il əvvəl rəqibimiz "Real” idi, indi isə "Atletiko”. Həyat 30 yaşdan sonra başlayır” yazmışdız... 
- Son 2 ildə Çempionlar Liqasının qrupunda oynayıram. Bu, "Legiya” və "Qarabağ” klubları üçün arzu və tarixi nəticə idi. Sona qədər cəsurcasına döyüşürük. 
 
- Meydanda özünüzü necə hiss edirsiz?
- Hər bir oyunçu dünyanın ən yaxşı futbolçularına qarşı oynamağı arzulayır. Mən milli üzvü deyiləm. Bu mənada, mənim üçün yeganə belə şans Çempionlar Liqasıdı. Ronaldo, Beyl, Dzeko, Qrizmann və Azarın oyunlarına əvvəl yalnız televizorda baxmışdım. Sonra isə onlarla meydanda qarşılaşmaq imkanı qazandım. "Real” və "Atletiko” kimi komandalarla oyunda üzərində təzyiq hiss etmirsən. Düzdü, məsuliyyət çoxdu, amma Çempionlar Liqasının matçları çempionat görüşlərindən daha rahatdı. Çünki qorxu hissi keçirmirsən, əksinə oyundan həzz alırsan. Ən yaxşı futbolçulara qarşı oynamaq məni qürurlandırır.
 
- Matçlardan sonra formanızı rəqib futbolçu ilə dəyişirsizmi?
- Bir dəfə də olsun, bunu etməmişəm. Çünki öz formalarımı yığıram, daha sonra onları xeyriyyə hərraclarına çıxarıram. Karyeramı bitirdikdən sonra muzey açmaq haqda düşünmürəm.
 
- Çempionlar Liqasındakı səfər oyunlarını keçirmək üçün uzun yol qət etməli olursuz...
- Elədi. Madridə çatmaq üçün təxminən 7 saat havada olduq. Oyundan dərhal sonra isə Bakıya qayıtdıq. Amma təyyarədəki şərtlər yaxşıdı, hət futbolçu üçün 4 nəfərlik yer ayrılıb, yatmaq mümkündü. Qayıtmaq daha yorucudu. Amma uğurlu nəticədən sonra buna o qədər də fikir vermirsən.
 
- Çempionlar Liqasında hansı klubun heyətində daha çox təzyiq hiss etmisiz: "Legiya”da, yoxsa "Qarabağ”da?
- Burda fanatlar həmişə yaxşı nəticəyə ümid edirlər. Hansı rəqiblə qarşılaşmağımızın fərqi yoxdu. Baş məşqçimiz Qurban Qurbanov topu necə gəldi irəliyə atmağımızı istəmir. Rəqib imkan verirsə, oyun planında bəzi dəyişikliklər edirik. Açığı, "Legiya”da təzyiq az idi.
 
- Düşünürsüz ki, "Legiya”nı zamanında tərk etmisiz?
- Heç vaxt bu haqda fikirləşməmişəm. Varşavada möcüzəli illər keçirdim. Bir qədər əvvəl ayrılsaydım, "Legiya” ilə Çempionlar Liqasının qrupunda oynamayacaqdım. Cari mövsümdə qeydə alınan nəticələri nəzərə alsaq, deməli, vaxtında düzgün qərar vermişəm. "Qarabağ” səviyyəli komandadı.
 
- "Qarabağ” "Legiya” ilə qarşılaşsaydı, kim qələbə qazanardı?
- "Legiya”nın əvvəlki heyəti olsaydı, sabiq komandamın qələbə qazanacağını deyərdim. Amma oyunumuz yaxşı alınmaya da bilərdi.
 
- Azərbaycanda həyat necədi?
- Qalan 9 legionerlə birlikdə paytaxtın Port-Bakı hissəsində yaşayırıq. Orda ticarət mərkəzi, restoran, kafe, bir sözlə hər şey var. Gördüklərimə yaxşı mənada təəccübləndim. Bakıda dünən 26 dərəcə hərarət var idi. Azərbaycanlılar xoş, mehriban və kömək etməyi sevən insanlardı.
 
- Yeni şərtlərə tam olaraq uyğunlaşmısız?
- Komanda yoldaşlarım və baş məşqçi ilə yaxşı münasibətim var. Klubla müqavilə bağlayandan 6 gün sonra "Visla”nın sabiq futbolçusu Donald Gerrye ilə birlikdə Çempionlar Liqasının təsnifat oyununa çıxdıq. Burda tez bir zamanda yüksək səviyyəli oyun göstərməlisiz. Klub həm kömək, həm də tələb edir.
 
- Azərbaycan çempionatında hazırda ilk pillədəsiz. 3-4 gündən bir oyun keçirmək çətin deyil?
- "Zirə” və "Qəbələ” ilə oyunları çıxmaq şərtilə, bütün görüşlərdə qələbə qazanmışıq. Baş məşqçimiz heyətdə tez-tez dəyişikliklər edir. Çempionatda daha çox Çempionlar Liqasında oynamayan futbolçulara şans verir. Ehtiyat qüvvəmiz yetərincədi. "Atletiko” ilə ilk görüşümüzlə müqayisədə, rəqibin baş məşqçisi Dieqo Simeone heyətdə 3 dəyişiklik etmişdi. Amma fərq hiss olunmurdu. Hər kəs öz yerini bilir, oynamayan incimir.
 
- "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov necə insandı?
- Tələbkardı. Demək olar ki, heç gülmür. Amma möhtəşəm məşqçidi.
 
- Azərbaycanda uğuru necə qeyd edirlər?
- Baş məşqçimiz bayram etmir. Çempionlar Liqasının qrupuna düşdükdən sonra paltardəyişmə otağında xeyli rəqs etdik. Komandamızda müsəlman çoxdu. Alkoqol yaxşı qarşılanmır və bütün əcnəbilər buna hörmətlə yanaşırlar. Baş məşqçi bossdu və qaydaları o müəyyənləşdirir.
 
Fanat.Az
 
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 May 2024
09:26

Avropa Kuboku: Cüdoçularımızdan ilk gündə 10 medal

09:00

MPL: "Zirə"nin "Turan Tovuz" sınağı, "Araz-Naxçıvan" "Sabah"a qarşı - YENİLƏNİR 

01:40

"Real" 36-cı çempionluğunu rəsmiləşdirdi

01:25

“Monako”dan darmadağın

01:10

"Sassuolo" yenə "İnter"ə qənim oldu

00:51

"Bayern"dən növbəti məğlubiyyət

00:12

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

04 May 2024
23:50

Şahruddinin komandası səfərdə sevindi

23:00

"Komandamı ən az "Neftçi"yə qarşı motivasiya edirəm" - Qurbanovdan 5:0 şərhi

22:46

“Qarabağ” müdafiəçisi ilə yeni müqavilə bağladı

22:40

"Azarkeşlərdən üzr istəyirəm" - Miodraq Bojoviç

21:21

MPL: Tovuzda qalib olmadı, "Qarabağ" "Neftçi"ni darmadağın etdi

21:00

Daha bir komanda Premyer Liqaya yüksəldi - 22 il sonra

19:22

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

18:46

"Müdafiəçilərimiz ən zəif oyunlarından birini keçirdilər" - Samir Abasov

18:40

"Bayern" "Barselona"nın ulduzu ilə güclənir - SON DURUM 

17:56

Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

17:32

Kurtua bu mövsüm ilk dəfə meydana çıxır

17:10

Piolinin yeni klubu bilindi

16:43

Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü

16:22

U-17 "lotoreya"da uduzdu

16:00

"Messi böyük ulduz yox, ulduzcuqdur"

15:20

Lopeteqi Bundesliqa yolunda - Danışıqlar başladı

14:54

De Zerbi karyerasını davam etdirmək istədiyi klubun adını açıqladı

14:28

Postekoğlu "Tottenhem"də köklü dəyişiklik tələb edir

13:55

Ozan Can oynadı, “Eyndhoven”...

13:33

"Sponsor olmadan mübarizə aparmaq çətindir" - "Kəpəz"in İdarə Heyətinin üzvü

13:15

Azərbaycan millisinin üzvü Qazaxıstan klubundan ayrıldı

12:57

Avropa Kuboku: Millimiz bürünc mükafat qazandı

12:30

Şahmatçılarımız 125 min dollarlıq yarışda mübarizəyə başlayır

12:06

AÇ-2024-lə bağlı yeni qərar: UEFA Fransanın etirazına baxmadı

11:40

Qvardiola bütün İngiltərənin "ürəyinə su səpdi" - "Məndə belə hiss var ki..."

11:15

"Real" La Liqa çempionluğunu bayram etməyəcək - SƏBƏB

10:52

La Liqada ayın ən yaxşısı bilindi

10:28

Emin Mahmudov "Qarabağ"la matçda oynamayacaq - RƏSMİ

10:09

Avropa Kubokunun püşkü atıldı - Göygöldə

09:00

Messidən "İnter Mayami"yə fantastik qazanc - Klub funksioneri yeni büdcəni açıqladı

00:33

"Beşiktaş" son dəqiqə qolu ilə 3 xal qazandı

03 May 2024
21:56

"Prezident Kuboku-2024": Bağlanış mərasimi keçirildi

21:18

"Həyatımın yarıdan çoxunu bu klubda keçirdim" - Marko Roys

Facebookdan bizi izləməyi unutmayın.
X