"Simurq"un "Xəzər Lənkəran"ı qəbul edəcəyi stadionu müəyyənləşib. Fanat.az xəbər verir ki, Zaqatala şəhər stadionunda təmir işləri yekunlaşmadığından matç Bakıda baş tutacaq.
"Simurq" "Xəzər Lənkəran"ı "Bayıl Arena"da qəbul edəcək. Bu Zaqatala klubunun cari mövsümdə ev oyunlarını keçirdiyi üçüncü stadion olacaq. Belə ki, "Simurq" 1-6-cı turda rəqiblərini Qəbələ şəhər, 4-8-ci turlarda isə "Şəfa" stadionunda qəbul etmişdi.