"Əlbəttə, xal itirməyimiz pisdi. Belə duruma düşmüsənsə, deməli, müsbət nə isə axtarmalısan”.
Fanat.Az xəbər verir ki, bunu "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. Topaz Premyer Liqasının XXIII turunda "Səbail”i qəbul edən qəbələlilər qələbə qazana bilməyib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
Matçdan sonra klub saytına danışan ukraynalı heç-heçəni şərh edib: "İkinci hissədə uzun müddət öz üslubumuzda oynadıq. Belə çıxış etməyimiz ilk dəfə deyil. Buna baxanda əmin oldum ki, belə oynasaq, kubokun finalına yüksəlmək vəzifəsinin öhdəsindən gələcəyik. Əsas odur ki, komanda ayıla bildi və ikinci hissədə aqressiv, sürətli, kəsərli oyun göstərdi. Bu da məni ümidləndirir. Komandada qələbə əzminin azalması ilə mübarizə aparır, bir-birimizə dəstək oluruq. Bugünkü matçda çətin vəziyyətdə, hesabda geri olanda qarşılaşmanın axarını dəyişməyimiz bizə inam verir ki, əvvəlki kimi oynayacağıq. "Neftçi” ilə qarşıdakı yarımfinal oyununda finala vəsiqə qazanmaq, kuboku əldə etmək üçün hər şeyə hazıram. Azarkeşlər, bizə inananlar üçün mümkün olanı edəcəyik”.
Fanat.Az