14:23 03.06.2019 2984

Özbəklər üçün Türkiyə, bizə isə “dır-dır”...

Amal Abuşov

İyunun 1-i bütün dünyada uşaqların bayramı qeyd olunur. Elə həmin gün AFFA Azərbaycan futbolunu bir daha barmağına doladı, milli komandamızı aşağıladı, azarkeşləri ələ saldı.

Biz Xorvatiyadan Nikola Yurçeviçi, Serbiyadan Milan Obradoviçi Bakıya gətirib, onları yağ-bal içində bəsləyirik. Nə varmış ki, bu kişilər Azərbaycan millisini inkişaf etdirəcək, bizə qələbə həzzi yaşadacaq, böyük turnirlərin final mərhələsi uğrunda yarışacaqlar. Bəs reallıq necədi? Onların topladıqları komandalar öz aralarında oynayır. Futbol diliylə buna "dır-dır” deyirlər. Belə oyunun məşqdən heç bir fərqi yoxdu. Qüvvələr nisbəti, futbolçuların yaşı və təcrübəsi eyni deyilsə, hansı güc yoxlanışından söhbət gedə bilər? Bununla da guya ki, millimizin hazırlıq səviyyələrini yüksəldirlər. Yurçeviçin komandası Obradoviçin komandasını "döyüb, "A” millimizin yaşca kiçiklərin qapısından üç cavabsız qol keçiriblər. Alqışlar! Sizə yekə bir "molades”! Bunu bizim baş katibin sevimli diliylə dedim ki, onun da xoşuna gəlsin.

Azərbaycan Premyer Liqası mayın 11-də başa çatıb. Milli komandamız isə Marıstanla iyunun 8-də qarşılaşacaq. Arada düz dörd həftəlik fasilə var. Dörd həftə ərzində ayağına top ancaq məşqlərdə dəyən futbolçudan biz hansı ağılla çıxıb Macarıstanı məğlub etməsini gözləyirik? Yadınızdadısa, oxşar vəziyyət DÇ-2018-in seçmə mərhələsi öncəsi də yaranmışdı. Həmin vaxt Robert Prosineçkinin çalışdırdığı millimiz qrupdan çıxmaq şansını saxlayırdı. Şimali İrlandiyanı Bakıda məğlub etməklə irəliyə doğru böyük addım atacaqdıq. Çempionat İslam Həmrəyliyi Oyunlarına görə tez başa çatdı, vacib qarşılaşma öncəsi bir aydan da çox fasilə yarandı. Prosineçkinin istəyi ilə AFFA millimizi Avstriyaya uzun müddətli toplanışa aparsa da, orda yoxlama oyunu keçirmək üçün rəqib tapmaq mümkün olmadı. Əlimiz ətəyimizdən uzun geri döndük və Bakıdakı vacib oyunu da uduzduq.

Acınacaqlı vəziyyətdi. AFFA-nın apardığı "uğurlu” daxili və xarici siyasət, "beynəlxalq nüfuz”un sayəsində dünyada bizimlə gücünü sınamaq istəyən komanda tapılmır. Bu da dünya futbol ailəsinin AFFA-ya, onun diplomat baş katibinə qoyduğu hörmət. Onlar bir tərəfə qalsın, bizim heç əcnəbi məşqçilərimizin də dünyada bir qara qəpiklik hörməti yoxdu. Olsaydı, özləri Elxan Məmmədovun fərasətsizliyi fonunda rəqib tapar, ən azından öz vətənlərindən hansısa komandanı Bakıya dəvət edərdilər. İllərdi bunu bacara bilən nə AFFA rəsmisi var, nə də milli məşqçisi.

"Millilər hələ bir araya gəlməyib”, "komandalar hazır deyillər”, "yoxlama görüşləri başlamayıb” tipli bəhanələr isə yalnız AFFA-nın öz başbilənləri üçün maraqlı və inandırıcı ola bilər. Yəqin ki, dəyərli oxucularımız da bilir ki, dünən axşam Özbəkistan millisi Alaniyada Türkiyə ilə qarşılaşırdı. Ötən il Türkiyənin keçirdiyi yoxlama oyunlarından birinin hakimi isə özbək hakimlər idi. Deməli, Özbəkistan Futbol Federasiyasının Türkiyə ilə əlaqələri daha yaxşıdı. Bizimkilər isə özlərini şimala yıxa-yıxa dünyada tək qalıblar. Heç "güvəndikləri dağlar” da yıxılanda onların əlindən tutmur. Bunun da nəticəsi göz qabağındadı. Özbəklər Türkiyə ilə gücünü sınayır, bizimkilər isə başlarını "dır-dır”la qatırlar.

Xəcalət çəkirsənmi, ay AFFA?!
 
sport7.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

22 May 2024
01:55

Ranyeri karyerasını bitirdi

01:15

"Çelsi" Poçettino ilə vidalaşdı - RƏSMİ

21 May 2024
22:49

"Revanş hissi ilə alışıb-yanırdım" - Xasay Həsənli

21:06

"Mançester Yunayted"dəki dostlarım məni öldürər, amma..." - Devid Bekhem

20:51

AÇ-2024: İngiltərə millisinin 33 nəfərlik heyəti belədir

19:45

Premyer Liqanın ən sürətli qolu açıqlandı - VİDEO

19:01

Ziya qızıl medal qazandı

18:43

Rəşad bürünc medal aldı

18:23

Bakıda təşkil olunacaq dünya çempionatının təqdimat mərasimi keçirildi

18:11

Azərbaycanın daha iki güləşçisi Avropa çempionatının finalına yüksəldi

17:56

Peşəkar Çövkən Liqasında I tur start götürdü

17:29

AMF-in rəsmi saytı fəaliyyətə başladı

17:13

UPL-də qol vuran azərbaycanlı heç-heçədən şikayətləndi

16:55

Nə Henderson AÇ-yə aparılır, nə Sterlinq, nə də...

16:37

AÇ-2024: Portuqaliya millisinin heyəti açıqlandı

16:16

AFFA-da "yarpaq tökümü" başlayır

16:00

Toni Kroosdan gözlənilməz qərar - Özü açıqladı

15:42

AÇ-2024: Sloveniya millisinin heyəti açıqlandı

01 Yanvar 1970
04:00

15:28

Peşəkar Çövkən Liqasının açılış mərasimi oldu

15:11

Benzema gələcəyi ilə bağlı qərarını verdi

14:53

Avropa çempionatının bombardirinə bu mükafat veriləcək - FOTO

04:00

04:00

04:00

14:36

İskonun AÇ arzusu yenə reallaşmadı - SƏBƏB

14:17

Tçkayevi ilk raundda yendilər

13:50

Azərbaycan millisinin Albaniya və Qazaxıstanla oyunlarının hakimləri bilindi

13:28

"Olimpik Marsel"in 3 futbolçusu gülləbaran edildi

13:10

Azərbaycan millisi Qazaxıstan klubuna uduzdu

12:51

Əfsanəvi "Volksvagen" dünyasını dəyişdi

12:23

Klubundan ayrıldı, Alleqrinin yerini tuta bilər

12:05

"Bayern" daha bir "Tottenhem"lini aparır - Bu qiymətə

11:47

Ross Barkli bu kluba satıldı

11:29

Mbappe vida ziyafəti verdi - Makron da qatıldı

11:10

Karlo Ançelottinin oğlu "Real"dan ayrılır - Baş məşqçi təklifi aldı

10:49

Daha bir idmançımız Yaponiyada dünya çempionu oldu

10:28

Benzema Səudiyyə Ərəbistanından qaçmaq istəyir, amma...

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:45

Azərbaycan çempionatında pley-off cütü müəyyənləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X