15:51 28.01.2022 1419

Yenilənən “Neftçi” güclənib, ya zəifləyib?

Ötən mövsüm çempionluq kubokunu “Qarabağ”ın əlindən son anda qoparan “Neftçi”dən bu yay azarkeşlər çox şey gözləyirdi.

“Ağ-qaralar” uzun fasilədən sonra Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək, 9 il əvvəl olduğu kimi qrup mərhələsinə yüksəlməyə çalışacaqdı. Sözsüz ki, Samir Abasovun gəlişindən sonra “Neftçi” əsl xarakter nümayiş etdirdi, “Qarabağ”ı çempionluq taxtından saldı. Amma uğurun davamını gətirmək heç də asan olmayacaqdı.

Bunun üçün təkcə xarakter və yaxud da bolqarıstanlı Əhməd Əhmədovun möcüzəyə bərabət qolu yetərli deyildi. Komanda güclənməli, daha yaxşı komplektləşdirilməliydi. Qısa avrokubok marafonundan sonra görünən o oldu ki, “Neftçi” bunu bacarmadı.

Səbəblər haqqında çox danışmaq olar. Həmin səbəblərin bir çoxu göz qabağındadı, hamıya məlum olan həqiqətlərdi. Futbol komanda oyunu olduğu üçün burda uğur qazanmaq üçün bütün komandanın saz vəziyyətdə olmasına, kollektivin saat mexanizmi kimi işləməsinə, hər kəsin üzərinə düşən işin öhdəsindən maksimum səviyyədə gəlməsinə ehtiyac var. Özü də söhbət təkcə meydanda topun arxasınca qaçan 11 nəfərdən getmir. Bu 11 nəfərin düzgün seçilməsinə, komandaya çevrilməsinə məsul olanların sayı da azı 11 olmalıdı. Məşqçilər korpusunun əlinin altına yaxşı material verilməlidi ki, onlar meydana kimi buraxmağın üzərində çox baş sındırıb, olan-qalan enerjilərini bu işə sərf etməsinlər. Yəni, hər şeyin başlanğıcı düzgün seleksiya işidi.

“Neftçi”nin prezidenti Kamran Quliyev müsahibələrinin birində transferlərin səviyyəsinə görə məsuliyyət daşımadığını bildirmişdi. İlk baxışdan məsuliyyətdən yaxa qurtamaq cəhdinə bənzəsə də, peşəkar klub anlayışı da ondan xəbər verir. Futbolçu seçmək nə klub prezidentinin işidi, nə də baş məşqçinin. Hər bir klubda bu işə məsul olan şəxslər olmalıdı. Ceyhun Sultanovun gedişindən sonra “Neftçi”də bu sahədə dərin boşluq var idi. Samir Abasov “mən tək kontrabasda” deyimində olduğu kimi, bütün ipləri əlinə cəmləşdirməyə çalışdı, axırda da həmin iplər onun əl-qoluna dolaşdı. Yayda “Neftçi”yə bir ordu əcnəbi gətirildi. Sonda məlum oldu ki, baş məşqçinin limitə uyğun yerli futbolçusu yoxdu ki, meydana buraxmağa heyət formalaşdırsın.

Zaur Əzizovun gəlişindən sonra “Neftçi”də irəliləyişin olacağını çoxları gözləyirdi. Həm Kamran Quliyev, həm də Samir Abasov öz işiylə məşğul olub, meydanı bu işin əsl peşəkarına verə bilərdi. Görünən odu ki, elə veriblər də. “Neftçi” “qış transfer bazarı”nın ən fəal komandasıdı. Komandanın heyətində 6 yeni futbolçu var ki, onlardan beşi transfer edilib. Özü də həmin 5 futbolçudan üçü yerli statusundadı. Deməli, Əziz bir güllə ilə iki quş vurmağa nail olub. Yeni gələnlər həm də yerli qıtlığını aradan qaldırmalıdılar. Azər Əliyevlə Azər Salahlı Azərbaycan səviyyəsi üçün əla futbolçulardı. Birinci Azər Rusiya Premyer Liqasında özünü göstərib, ikinci Azər isə Azərbaycan Premyer Liqasının ən yaxşılarındandı. Qısa müddətdə milliyə qədər yüksələn Salahlı Canni De Byazinin də sevimlisinə çevrilib. Eddi İsrafilov isə yaxşı məktəb görmüş biridi. Formasını bərpa edə bilsə, “Neftçi”yə çox xeyir verəcək. İvan Brkiçin gəlişi isə “çərçivə”dəki problemi həll etməli, qapının etibarlı əllərə tapşırılmasıyla nəticələnməlidi.

Deməli, ümumi götürəndə “Neftçi” qış fasiləsində güclənib. Yenilənmiş “Neftçi” azarkeşlərin ümidlərini doğrultmalı, “Qarabağ”a çempionluq yarışında amansız mübarizə təklif etməlidi. Bacaracaqlar, ya yox?! Bunu çox tezliklə biləcəyik.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

Facebookdan bizi izləməyi unutmayın.
X