"Fənərbaxça" - "Neftçi" matçının vaxtı dəyişdirilib. Fanat.az-ın əldə etdiyi məlumata görə, qarşılaşma 1 gün sonra baş tutacaq.
Belə ki, matç yanvarın 17-də yox, 18-də keçiriləcək. Qarşılaşmanın başlama saatı isə dəyişdirilməyib. Görüş əvvəlcədən açıqlandığı kimi Antalyadakı "Mardan" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 22.00-da start götürəcək.
Fanat.az