"Yenidən doğma komandamın heyətinə qayıtdığım üçün çox şadam. "Qaradağ"da keçirdiyim bir ildə bacardığım qədər özümü inkişaf elətdirdim". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu İlham Allahverdiyev deyib.
"Qaradağ"da icarə əsasında çıxış edən futbolçu artıq doğma klubuna dönüb: "Neftçi"də tam fərqli bir rəqabət var. Çempionluğa oynayan komandanın əsas heyətinə düşmək çətin olsa da, yaxın gələcəkdə bunu bacaracaq gücdə olduğumu düşünürəm. Vacib olan odu ki, klub rəhbərliyi və məşqçilər heyəti bizə güvənir və etimad göstərir. Bizə isə yalnız bu etimadı doğrultmaq qalır".
Fanat.az