Qalatasaray" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul nəhəngi Rumıniyanın "Universitatya" (Krayova) komandasının yarımmüdafiəçisi Aleksandru Çikıldeu ilə müqavilənin detallarını razılaşdırıb.
24 yaşlı oyunçu 5 illik anlaşmaya imza atacaq.
Qeyd edək ki, Rumıniya millisinə də çağırılan Çikıldeu yığma formasıyla çıxdığı 14 oyunda 2 qol vurub.
Nihat