"Barselona"nın yarımmüdafiəçisi Miralem Pyaniç (Miralem Pjanić) "Yuventus"a qayıtmaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Xəbərə görə, futbolçunun meneceri onu icarə əsasında Tunir klubuna keçirmək üzərində çalışır.
31 yaşlı bosniyalı "Yuventus"a qayıtmaq üçün aşağı məvacibə də razıdır.
Qeyd edək ki, Pyaniç 2016-2020-ci illərdə "Goca sinyora"nın şərəfini qoruyub.
Röya