"Derbi Kaunti" klubunun baş məşqçisi Ueyn Runi (Wayne Rooney) öz komandasının oyunçusunu zədələyib.
Fanat.Az "The Mirror"a istinadən xəbər verir ki, "Mançester Yunaytedin" canlı əfsanəsi oyunçu çatışmazlığı üzündən məşqlərdə futbolçu kimi iştrak edir. Buna səbəb klubun maliyyə durumunda problemlərin olmasıdır.
Məşq zamanı Ueyn kobud sürüşmə fəndi işlədərək yarımmüdafiəçi Ceyson Naytı (Jason Night) ciddi zədələyib. Bu səbəbdən futbolçunun iki aylıq yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Xatırladaq ki, bir gün öncə sosial şəbəkələrdə Runinin söz-söhbətə səbəb olacaq fotoları yayılıb. Mehmanxanada yarıçılpaq qadınlarla əylənən sabiq fubbolçunun şəkilləri İngiltərə mətbuatında ən çox müzakirə olunan mövzuya çevrilib.
Emin Şəmsiyev