İki soyğunçu "Roma"nın müdafiəçisi Kris Smollinqin evinə girməyə çalışıb.
Fanat.Az "Football-Italia"ya istinadən xəbər verir ki, oğrular Romadakı mülkün bağında olarkən izləmə sistemi ilə aşkarlanıblar.
Mühafizəçilər dərhal polisə zəng vursa da, soyğunçular aradan çıxmağa imkan tapıb.
Hadisə zamanı futbolçu və ailəsi "Roma"nın hazırlıq keçdiyi Portuqaliyada olub.
Qeyd edək ki, Smollinqin İtaliyanın paytaxtındakı evi bu ilin aprelində qarət edilmişdi. Yazda üç silahlı kişi Smollinqi hədələyərək seyfi açdırmış, saatını və müxtəlif dəyərli əşyalarını aparmışdılar.
Nihat