"İnter"in belçikalı hücumçusu Romelu Lukaku "Çelsi"yə keçmək istəyir.
Fanat.Az xəbər verir ki, məlumatı "Telegraph" nəşri yayıb.
Xəbərə görə, 28 yaşlı futbolçu Milan klubunda xoşbəxt olsa da, hücumçunu "zadəganlar"ın baş məşqçisi Tomas Tuxel ilə işləmək fürsəti cəlb edir.
Daha əvvəl London klubunun futbolçu üçün 120-130 milyon avroluq təklif göndərdiyi açıqlanmışdı. "İnter" də Lukakunu 130 milyona satmağa hazırdır. KLublar arasında anlaşma əldə olunsa, Lukaku sabiq klubu "Çelsi"yə geri dönəcək.
Xatırladaq ki, Romelu Lukaku 2011-2014-cü illərdə "Çelsi"də çıxış edib.
Emin Şəmsiyev