"İnter"in danimarkali futbolçusu Kristian Eriksen bu səhər klubun düşərgəsini ziyarət edib.
Fanat.Az xəbər verir ki, məlumatı İtaliya təmsilçisinin rəsmi saytı yayıb.
"29 yaşlı yarımmüdafiəçi direktorlar, məşqçilər, komanda yoldaşları və qalan heyətlə görüşüb. Eriksen özünü yaxşı hiss edir, fiziki və psixoloji olaraq əla formadadır. Kopenhagendə həkimlərin nəzarəti ilə bərpa proqramına riayət edir. "İnter"in tibbi personalı da bütün proses boyunca məlumatlandırılacaq", deyə bəyanatda bildirilib.
Xatırladaq ki, Danimarka millisinin futbolçusu Avro-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən Finlandiyaya qarşı oyunda huşunu itirib. Həkimlərin müdaxiləsi nəticəsində Eriksen meydandan birbaşa xəstəxanaya aparılaraq əməliyyat olunub və ürəyinə kardioverter-defibrilyator yerləşdirilib.
Emin Şəmsiyev