Argentinalı superulduz Lionel Messi yaxın saatlarda "Barselona" ilə yeni müqaviləyə imza atacaq.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, bir müddət öncə razılığa gələn tərəflər münasibətləri rəsmiləşdirməyə hazırlaşırlar.
Klubun tezliklə 34 yaşlı hücumçu ilə bağlı açıqlama yayacağı gözlənilir.
Qeyd edək ki, Messinin "Barselona" ilə olan müqaviləsinin müddəti iyunun 30-da bitib.