Azərbaycan atleti Oloxan Musayev Tokio 2020 Yay Paralimpiya Oyunlarında çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, avqustun 27-də nüvəitələmə üzrə mübarizədə beşinci olan Pekin Paralimpiadasının qalibi diskatmada gücünü sınayıb. F56 kateqoriyasında yarışan 42 yaşlı idmançı 37,92 metrlik nəticə göstərərək yeddinci yeri tutub.
Qeyd edək ki, Oloxan Musayev Tokio 2020-nin açılış mərasimində Azərbaycanın bayraqdarı olub.
Sahib Əsədbəyli