14:09 13.09.2021 826

“Sadıq Sadıqov onlarla birləşib maaşları istədiyi kimi kəsir” - VİDEO

Cüdo millimizin üzvü, Avropa çempionu Davud Məmmədsoy Azərbaycan Cüdo Federasiyasından narazıdır.

“Qafqazinfo”ya danışan 25 yaşlı idmançı maaşlarının heç bir əsas olmadan federasiya tərəfindən kəsildiyini bildirib.

D.Məmmədsoyun sözlərinə görə, federasiyadakı səlahiyyətli şəxslər cüdoçuların maaşlarından məbləğləri istədikləri kimi kəsirlər:

“Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov, baş katib Elmar Babanlı, mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu birləşib bizim maaşlarımızı istədikləri kimi kəsirlər. Müqavilənin onlar üçün heç bir əhəmiyyəti yoxdur. İndi də Tokio-2020 Olimpiadasındakı uğursuzluğa görə məvacibləri azaltdıqlarını bildirirlər. Amma mən Olimpiada iştirakçısı deyiləm, sonuncu dəfə İsrailin paytaxtı Təl-Əvivdə “Böyük dəbilqə” turnirində qızıl medal qazanmışam. Həmin nəticədən 2 ay sonra mənim təkidimlə maaşımı 1000 manata qaldırmışdılar. 2-3 ay idi ki, maaşı alırdım. Məşqlərdə dedilər ki, hamının maaşı 70 faiz kəsiləcək. İnanmırdım ki, məndə də belə olsun. Çünki müqaviləyə görə, qızıl medal qazandığım üçün mən 1 il ərzində maaşı almalıydım. 1 ildən sonra əgər nəticəm olmazsa, müəyyən miqdarda məvacibim kəsilə bilər. Məşqçiyə dedim ki, federasiyaya deyin maaşımı kəsməsin. Kirayədə qalıram, idmançı üçün qidalanma vacibdir, məşq etdiyimiz zal elə yerdədir ki, ora avtobusla gedib-gəlmək mümkün deyil. Hələ “Böyük dəbilqə”dən sonra maaşımı qaldıranda düşündüm ki, deyim mənə ayrıca kirayə pulu versinlər, normal şərait yaradılsın, sonra nəticələr də olacaq. Əvvəllər 240, 440 manat maaş almışam. O maaşla mən Avropa çempionu oldum. Amma bu insanların vecinə deyil ki, sən titullu idmançısan, uğurların var. Legionerə isə pul verirlər. Gürcü cüdoçu var idi ki, heç bir uğuru yox idi, amma 1500 manat maaş alırdı”.

İdmançı İsraildəki “Böyük dəbilqə”dən sonra uğursuz çıxışlarını da bu problemlə əlaqələndirir:

“İsraildə zədə almışdım, gəldim müalicə olundum. Məşq eləmədim bir müddət. Sonra Sumqayıtda təlim-məşq toplanışı keçirilirdi. Orada 3-4 nəfər koronavirusa yoluxmuşdu. Məni apardılar, atdılar həmin təlim-məşq toplanışına. Orada koronaya yoluxdum və yenə məşqsiz qaldım. Ondan sonrakı turnirlərdə məhz hazırlıqlı olmadığım üçün uduzurdum. Hiss edirdim ki, yoruluram. Bunları bəhanə gətirirlərsə, onda müqavilədə də qeyd eləsinlər ki, 3 yarış uduzsan, bu maaşı almayacaqsan”. 

Məmmədsoy Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yığmamızın baş məşqçisi olan Ruslan Maşurenkordan da danışıb:

“O, Azərbaycan yığmasının baş məşqçisi olacaq adam deyildi. Azərbaycanda ondan daha yaxşı məşqçilər var. Ruslan Maşurenko o qədər qeyri-peşəkar adamdır ki, məşqdə fənd göstərdiyi zaman mənim ayağımı sındırdı. Müalicə aldım, bir həftə sonra məni yarışa göndərdilər. Elə vəziyyətdə adamı yarışa aparırlar, uduzursan və deyirlər ki, nəticən yoxdur heç yerə gedə bilməzsən”.

Avropa çempionu federasiyanın vitse-prezidenti Sadıq Sadıqovun qəbuluna düşməyin çətinliyindən də şikayətçidir:

“Sadıq Sadıqovun qəbuluna düşmək çox çətindir. Sanki hansısa dövlət idarə edir və onun görüşmək üçün zamanı yoxdur”.

Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyası ilə əlaqə saxladıq. Federasiyanın baş katibi Elmar Babanlı “Qafqazinfo”ya açıqlamasında Davud Məmmədsoyun narazılıqları haqda bunları deyib: “Olimpiadadakı uğursuzluğa görə bütün idmançıların maaşlarını kəsmişik. Son 4-5 ildə bütün fəaliyyətimiz Olimpiadada uğur qazanmağa hesablanmışdı. Davud da tskildə əsas idmançılarımızdan biri idi. Lisenziya almaq uğrunda mübarizə aparırdı və bunun üçün də yaxşı şansları var idi. Lakin Olimpiya tskili başa çatdı və hamı lisenziya qazananları gördü.

Davudun son dövrlərdə ən uğurlu çıxışı Təl-Əvivdə qızıl medal qazanması olub. Ondan sonrakı yarışlarda isə uğursuz olub. Ən son Budapeştdə dünya çempionatında uduzdu. Onun çəkisində olan digər idmançı isə reytinq xalları qazanaraq Olimpiadaya gedib. Bütün bunlar nəzərə alınaraq maaşlara yenidən baxılıb. Davudun maaşı ondan sonra Azərbaycan çempionu maaşı səviyyəsinə endirilib. Nəticə olsa, yenə maaş artırılacaq.

Davud bizimlə şantaj dili ilə danışır, deyir ki, əgər maaşımı əvvəlki səviyyəyə qaldırmasanız, başqa cür hərəkət edəcəyəm. Ona əlavə 400 manat da kirayə pulu ayrılması üçün göstəriş aldım. Lakin o, başqa cür danışır. Ona sual veririk ki, niyə bu yarışlarda uduzmusan? Deyir ki, həmişə qalib gəlməli deyiləm ki. Biz də nəticə verməyənin maaşından azaldıb nəticəsi olanın maaşına əlavə edirik. Büdcəmiz məhduddur". 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

19:20

Ərəblər İstanbul nəhənginə fantastik maaş təklif etdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X