Avropanın ən sərrast futbolçusu Robert Levandovski (Robert Lewandowski) "Qızıl buts" mükafatına qovuşub.
Fanat.Az xəbər verir ki. bununla bağlı məlumat və tədbirdən çəkilmiş fotoşəkillər "Bayern Münhen" klubunun saytında yerləşdirilib.
Levandovski bu əlamətdar hadisəyə "İnstagram" səhifəsində öz münasibətini bildirib:
"Bu böyük şərəfdən çox məmnunam. Ailəmə, komanda yoldaşlarıma, məşqçilər korpusuna və bütün" Bayern"ə təşəkkürümü bildirirəm. Dəstəyiniz olmasa, bu cür titulları qazana bilməzdim. İdmanda, gündəlik həyatda olduğu kimi, bir-birimizi qiymətləndirmək, dəstəkləmək, hər zaman dürüst olmaq və başqalarına nümunə olmağa çalışmaq vacibdir. Buna görə də bu mükafatı hər gün mənimlə yanaşı olan insanlara həsr edirəm. Bunu bir komanda olaraq əldə etdik. Hamıya təşəkkür edirəm".
Qeyd edək ki, hücumçu ötən mövsüm "rekordmayster"in heyətində rəqib qapılarına 41 dəfə yol tapıb.
Xatırladaq ki, cari mövsüm Bundesliqada Levandovski 7 qolla bobmardirlər siyahısında liderdir.
Emin Şəmsiyev