17:09 27.09.2021 1356

İlham Zəkiyev: \"Dedilər, qisasını aldıq...göz yaşlarımı saxlaya bilmədim\"

"2020-ci ilin 27 sentyabr günü Türkiyədə idim. Dostlarım mənə mesaj yazıb bildirəndə ki, qoşunlarımız bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb, göz yaşlarımı saxlaya bilmədim. Həm qürurlandım, həm də təəssüf hissi keçirdim ki, mən döyüşlərdə iştirak edə bilməyəcəyəm".

Bunu Fanat.Az-a I qrup Qarabağ müharibəsi əlili, cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev deyib. 1999-cu ildə işğal altında olan Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin gülləsinə tuş gələrək görmə qabiliyyətini itirən məşhur idmançı 44 günlük Vətən müharibəsi və şəhidlərimizin Anım Günü ilə bağlı düşüncələrini bölüşüb: 

"Vətən müharibəsi ərzində və ondan sonrakı dövrdə bir vətəndaşlıq borcu kimi əsgər və zabitlərimizin yanında olub, onlara mənəvi dəstək verməyə çalışdım. Hospitallara gedib yaralı qazilərimizlə görüşdüm. Rastlaşdığım mənzərə məni bir azərbaycanlı, bir qazi kimi hər dəfə duyğulandırırdı. Yaralı əsgərlərimizin hamısı yenidən cəbhəyə dönməyə, döyüş yoldaşlarının yanında olmağa can atırdı. Birlik və sarsılmazlıq bizi mütləq qələbəyə aparmalı idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bu zəfəri əldə edib, öz tarixinin şərəf və ləyaqət səhifəsini yazdı. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır. 

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Şəhidlərimizin əziz xatirəsi daim bizim qəlbimizdə yaşayacaq".

İkiqat dünya və yeddiqat Avropa çempionu yaralandığı kəndin işğaldan azad olunması xəbərini almasından danışıb: "21 il əvvəl yaralandığım Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad olunanda zabit dostlarımız zəng edib gözaydınlığı verdilər. Dedilər ki, İlham, sənin qisasını aldıq". 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəsurluq və ləyaqət simvolu adlandırdığı idmançı Vətən müharibəsindəki qələbənin Tokio 2020 Yay Paralimpiya Oyunlarında milli komandamızın çıxışına təsirinə toxunub: 

"Tokio 2020-nin bir il ertələnməsi bizim üçün yaxşı oldu. Biz artıq qalib ölkə kimi yarışlarda iştirak etdik. Döyüş meydanındakı tarixi qələbəmiz idman meydanına da sirayət etdi. İdmançılarımızın mübarizə əzminin yüksək olmasında, qazanılan uğurlarda Qarabağdakı zəfərimizin rolu mütləq vurğulanmalıdır".

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X