20:55 10.10.2021 888

DÇ: Talehlə Həsrət medalsız qaldı

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatının son günündə Azərbaycanın iki yunan-Roma güləşçisi bürünc medal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində yarışan Taleh Məmmədov üçüncü yer uğrunda Ukrayna təmsilçisi Lenur Temirovla qarşılaşıb. 32 yaşlı ikiqat Avropa mükafatçımız gərgin keçən dueldə rəqibinə 4:5 hesabı ilə uduzaraq beşinci yerlə kifayətlənib.

67 kq-dakı milli üzvü Həsrət Cəfərov isə ilk olaraq təsəlliverici mərhələdə mübarizə aparıb. Burada yaponiyalı Tsuçika Şimoyamadanı 7:0 üstələyən 19 yaşlı idmançımız "bürünc" uğrunda həlledici qarşılaşmaya vəsiqə qazanıb. Gürcüstanlı Ramaz Zoidzeylə üz-üzə gələn gənclərin dünya və Avropa çempionu rəqibinə 0:8 hesabı ilə məğlub olaraq ilk dəfə qatıldığı böyüklər arasında mundialı beşinci sırada tamamlayıb.

Beləliklə, yunan-Roma millimizin dünya çempionatından qazancı 4 medal olub. Rafiq Hüseynov (82 kq) yarışın qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc mükafatına sahib çıxıb.

Daha əvvəl isə sərbəst güləşçilər ölkəmizin hesabına 2 medal yazdırıb. Dağıstanlı legionerlər Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) "bürünc"lə kifayətləniblər. Qadın güləşi millisi isə mundialı əliboş bitirib.

*** 12:30

Bu gün Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatına yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, son gündə iki yunan-Roma güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

 Yarımfinalda məğlub olan Taleh Məmmədov (63 kq) üçüncülük görüşündə Denis Menekse (Almaniya) / Lenur Temirov (Ukrayna) cütünün qalibi ilə münasibətləri aydınlaşdıracaq. 67 kiloqram çəki dərəcəsindəki milli üzvü Həsrət Cəfərov isə təsəlliverici mərhələdə yaponiyalı Tsuçika Şimoyamada ilə üz-üzə gələcək. Gənclər arasında dünya və Avropa çempionumuz qarşılaşmanı qələbə ilə başa vursa, mundialın bürünc medalı uğrunda gürcüstanlı Ramaz Zoidze ilə görüşə vəsiqə qazanacaq.

Təsəlliverici görüşlər Bakı vaxtı ilə 18:00, medal qarşılaşmaları 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşi millisinin hesabında 4 medal var. Rafiq Hüseynov çıxışını (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc mükafatla başa vurub. Daha əvvəl isə sərbəst güləşçilərimiz ölkəmizin aktivinə iki medal yazdırıb. Legioner idmançılar Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) mundialın "bürünc"ünə sahib çıxıblar. Qadın güləşçilərimiz isə yarışı əliboş tamamlayıblar.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2024
22:52

"Məni qorxudan futbolçuların üzərində olan təzyiqdir"

22:33

"Bizim də penaltimiz var idi" - Şahin Diniyev

21:27

MPL:  "Sabah" Qəbələdə uduzdu, "Sumqayıt" 2-ci pilləyə yüksəldi 

20:48

AÇ: Azərbaycan parataekvondoçusu gümüş medal qazandı

19:57

Kaxaber Tsxadadze "Sabah" üzərində qələbəni şərh etdi

19:33

"Qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin idi" - Krunoslav Renduliç

18:35

"Bayern Münhen" sabiq baş məşqçisinə müqavilə təklif etdi

17:23

Şeydayev baş məşqçisiz qaldı

16:45

"Bu, aĝ yalandır"

16:23

Cəlal oynadı, komandası qələbə qazandı

15:43

"O epizoda penalti verilirsə..."

15:07

Vüsalın komandası elitaya vəsiqə qazana bilər

14:51

Piolinin yerini Konte tutacaq? - SON DURUM

14:11

"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazana bilər

13:47

Azərbaycan millisi iki yoldaşlıq görüşünə çıxacaq

13:14

Levandovski "Barselona"nı bu səbəbdən tərk edə bilər

12:50

Messinin 11 oyunluq seriyası başa çatdı

12:24

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

11:55

Səudiyyə Ərəbistanı çempionu bilindi

11:21

"Başqa yerli və ya xarici klublarla danışıq aparmıram" - Marko Yankoviç

10:58

"Real Madrid" rekordunu təkrarladı

09:52

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

Xanımı Tomas Mülleri sosial şəbəkə hesablarından sildi

01:58

"Milan" "Kalyari"yə rəhm etmədi

00:42

"Real"dan darmadağın

11 May 2024
23:11

"İnanmırdım ki, Əliyar qərarını dəyişsin"

22:40

"Bərk komandaya qarşı oynadıq" - Qurban Qurbanov

21:30

MPL: "Turan Tovuz" Bakıda qalib gəldi, "Zirə" "Qarabağ"a uduzdu

21:20

"Oyun başlayandan nəzarətimizdə idi" - Ayxan Abbasov

21:05

Elmar Baxşıyev "Turan Tovuz"a məğlubiyyəti şərh etdi

20:10

Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

19:39

Krivotsyukun komandası səfərdə xal itirdi

18:45

A Seriyasında ayrılıq qərarı - "Sona 3 tur qalmış başa düşdüm"

17:55

Azərbaycan cüdoçuları Polşada bürünc medal qazanıblar

17:28

Rahil Məmmədov oynadı,  komandası...

17:00

"Neftçi" ilə matça çox vacib oyunçular olmadan çıxmışdıq" - "Kəpəz"in qapıçısı

16:11

İtaliyada ayın ən yaxşısı bilindi

15:30

"Hakimlər qələbəmizi əlimizdən aldılar" - Rüstəm Məmmədov

14:58

"Fənərbağça"nın qoleadoru tarixə düşəcək - Bu təklifə "hə" desə

14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X