09:00 05.07.2022 476

\"Qarabağ\" Polşada məğlub olmayacaq\" - Şahin Diniyev

Sabah UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ" Polşanın "Lex" klubuna qarşı ilk görüşünü keçirəcək. 

Fanat.Az xəbər verir ki, Poznan Şəhər Stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

"Azərbaycan" millisinin və "Qarabağ" klubunun sabiq baş məqşçisi Şahin Diniyev saytımıza verdiyi açıqlamada sözügedən oyunla bağlı gözləntilərini bölüşüb.

55 yaşlı mütəxəssis əvvəlcə "Qarabağ"ın şanlarını dəyərləndirib:

"İlk növbədə "Qarabağ"a uğurlar arzu edirəm. İstəyimiz birmənalı olaraq Ağdam klubunun növbəti mərhələyə adlamasıdır. Amma qeyd etməliyəm ki, onları iki çətin oyun gözləyir. Bilirik ki, belə turnirlərdə "Qarabağ" mərhələli şəkildə öz formasını yığır. Rəqib belə desək, "Qarabağ"ın dişinə görə olsa belə, ilk mərhələ həmişə çətinlik yaradır. Ötən illərə nəzər yetirsək, bunun şahidi olarıq. Avropa Liqası, Çempionlar Liqası və ya Konfrans Liqasında "Qarabağ" həmişə ilk rəqibi ilə mübarizə aparmağa çətinlik çəkib. Sonradan isə turnirin səviyyəsinə uyğun olaraq öz oyununu tapıb. Məncə, sabahkı (bu gün - red.) oyunda da elə olacaq... Əvvəllər daha asan rəqiblərlə üzləşmək şansı olurdusa, indi bu belə deyil. Nisbətən zəif çıxış edən klublar UEFA Konfrans Liqasında mübarizə aparır. Çempionlar Liqasında isə daha güclü komandalar oynayır. "Lex" də öz növbəsində "Qarabağ" üçün çətin sayıla biləcək rəqiblərdəndir. Bəlkə də Albaniya və ya Makedoniya çempionu ilə üz-üzə gəlsəydik, daha asan mübarizə aparardıq. "Lex" Polşanın çempionudur. Həmin ölkənin futbolunun nə yerdə olduğunu isə hamı bilir. "Qarabağ"ın Avropa turnirlərində kifayət qədər təcrübəsi var. Komandada oyunun hansı dəqiqəsində qarşılaşmanın gedişini necə dəyişməli olduğunu bilən futbolçular var. Heyət "oturuşub". Ötən il kluba yeni gələn futbolçular komandaya uyğunlaşmalıydısa, bu mövsüm belə problem yoxdur".

Diniyev "Lex"in yeni baş məqşçiyə tapşırılmasına və yeni futbolçular transfer etməsinə də toxunub: 

"Rəqib komandaya yeni baş məşqçinin təyin olunması müəyyən qədər vaxt apardı. Bu "Qarabağ" üçün üstünlük sayıla bilər. Amma onu da unutmayaq ki, yeni mütəxəssis özünü ən yaxşı tərəfdən göstərməyi planlaşdırır. Bəli, komandanın bəzi futbolçuları var ki, onlar da klubun düşərgəsinə gec qayıdıb. Belə oyunçular "Qarabağ"ın da heyətində var. Milli komandanın oyunlarına və ya başqa səbəblərə görə onlar təlim-məşq toplanışına digər oyunçulardan gec qoşulmuşdu. Bu barədə "Lex"lə "Qarabağ" arasında bərabərlik var. Əlbəttə ki, komandanın tam hazır formada olması üçün minimum 6 həftə tələb olunur. Amma həm bizdə, həm də rəqibdə bu imkan olmayıb. Fikrimcə, futbolçuların fərdi ustalığı böyük rol oynayacaq. Məşqçilərin bir-iki oyuna seçdiyi taktiki düzülüş də həlledici məqam kimi dəyərləndirilməlidir".

Təcrübəli mütəxəssis oyunun necə nəticələnəcəyi ilə bağlı proqnozunu da səsləndirib: 

"Düşünürəm ki, oyun ya heç-heçə bitəcək, ya da "Qarabağ"ın minimal üstünlüyü ilə yekunlaşacaq. Amma qeyd etməliyəm ki, futbol proqnozu sevməyən idman növüdür.  Taktiki gedişdən, hansı komandanın oyuna necə başlayacağından, ilk qolun vurulmasından və rəqibin buna necə cavab verəcəyindən çox şey asılıdır. Gözlənilmədən erkən qol ola bilər... Bu isə oyunun sonuna qədər baş məşqçinin dərhal başqa plan qurmasına səbəb olacaq. Həmin saatda və dəqiqədə komandanın hansı durumda olması çox vacibdir. Əlbəttə ki, mənim proqnozum həm də mənim istəyimdir. Düşünürəm ki, "Qarabağ" məğlub olmayacaq". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

Facebookdan bizi izləməyi unutmayın.
X