15:52 27.07.2023 1404

İdman jurnalistləri "Qarabağ"ın "Rakuv"u keçəcəyinə inanırmı? - SORĞU

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa çempionu "Rakuv"un qonağı olan "Qarabağ" evə 2:3 hesablı məğlubiyyətlə qayıtdı. Azərbaycan təmsilçisinin ilk matçda uduzması fakt olsa da, növbəti mərhələ şansları qalmaqdadır. Bəs görəsən idman jurnalistləri "köhlən atlar"dan nə gözləyirlər? "Qarabağ"ın ÇL-in 3-cü təsnifat mərhələsinə adlayacağına inanırlarmı?

Bir neçə media mənsubunun Fanat.Az-a verdiyi açıqlamaları təqdim edirik:

Rəşad Ergün ("Komanda.az" saytı): "Qarabağ"ın dünənki oyunu göstərdi ki, komandadan kim gedir getsin, təcrübə hesabına oyun intizamı, sistem pozulmur. Yəni, "Qarabağ" elə "Qarabağ"dır. Amma hazırda komandanın əsl gücündən xeyli uzaq olduğu görünür. İtkilər də var, zədədən yeni qayıdanlar da, ideal formasından çox uzaq olanlar da. Ancaq düşünürəm ki, "Qarabağ" "Rakuv" səddini keçəcək. Polşa klubu "köhlən atlar"dan daha güclü deyil, qətiyyən deyil. Səfərdəki məğlubiyyətdə də fərdi səhvlər, xüsusən də, Şahruddin Məhəmmədəliyevin səhvləri həlledici rol oynadı. Hər şeyə rəğmən, "Qarabağ"ın "Rakuv"u keçəcəyinə inanıram".

Ceyhun Rzayev (ATV): "Rakuv" balanslaşmış heyətə malik, mobil futbol oynayan, oyun intizamı ən yüksək səviyyədə komandadır. "Viktoriya Plzen"ə oxşayır. Ağır matç olacağını bilirdim. "Qarabağ" bu cür rəqiblərə qarşı çətinlik çəkir. Veşoviçin yoxluğu vəziyyəti bir az da qəlizləşdirdi. Cavab matçı daha ağır keçəcək. "Qarabağ"ı daha şanslı sayıram".

İlkin Sultanlı ("Futbol+" qəzeti): "Dünən maraqlı hadisələrə şahidlik etdik. Bəzi oyunçuların fərdi səhvlərini nəzərə almasaq, "Qarabağ" "Rakuv"dan güclü  təsir bağışladı. Mən təkcə Leandro Andradenin qapı istiqamətində 4 zərbəsini saydım. Hesab 2:2 olanda Zubirin və Nərimanın qaçırdığı məqamlar var idi. Sadəcə, yekunda Sonninin fərdi ustalığı, Şahruddinin "peşəkarlığı" qanımızı qaraltdı. Ümumi mənzərədən görsənir ki, "Qarabağ" BOS-da bu rəqibi üstələyəcək. Qurban Qurbanov komandanın səhvlərini və problemlərini bilir. Azarkeşlərin də möhtəşəm dəstəyi ilə təmsilçimiz "Rakuv"u keçəcək".

Anar Şabanoğlu ("Sports.az" saytı): "Qarabağ" birmənalı növbəti mərhələyə keçəcək. Çünki, ustalıq səviyyəsi daha yüksəkdir. Komanda oyununda da rəqibi aşkar üstələyirik. Bunu ilk matçda gördük. Sadəcə, müəyyən şanssızlıq və fərdi səhvlər cütün taleyini Polşada həll etməyə imkan vermədi.  Amma "Qarabağ" bu mövsüm avrokuboklarda qarşısına ciddi hədəflər qoyursa, heyətini gücləndirməlidi və mümkün qədər tez bir qapıçı almalıdır".

Kənan Məstəliyev ("Rekord.az" saytı): "Məncə, "Qarabağ" Şahruddinin səhvlərinə rəğmən, mərhələni keçəcək gücdədir və keçəcək də. İlk matçda Qurban Qurbanovun yetirmələri bunu açıq göstərdilər. Nümayiş etdirilən pressinq və intensiv futbol polyakları çaş-baş salmışdı. Eyni oyunu cavab matçında oynamaq, hətta "artırmaq" da olar. Zədələrə, bəzi oyunçuların hazır olmamasına baxmayaraq, "Rakuv"un keçiləcəyini düşünürəm".

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 Aprel 2024
19:56

MPL: "Sabah" "Səbail"i inamla yendi

19:36

Elcan da Avropa çempionu oldu

18:47

Azərbaycan cüdoçusu AÇ-nin finalında

18:07

Azərbaycan taekvandoçularından daha 1 medal

17:50

"Barselona" Kanselu və Felikslə bağlı son qərarını verdi - Biri klubuna qayıdacaq

16:47

"Raşford bilirdi ki, problemlərin səbəbi onun oynadığı futboldur"

16:22

AÇ: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəldi

15:55

Azərbaycan millisi 5 medalla 3-cü oldu

15:39

"Qalatasaray"ın prezidenti postu uğrunda mübarizə aparacaqmı? - Özü açıqladı

15:14

"Milan" Piolini ispan mütəxəssislə əvəzləyir

14:49

"Qaradağ Lökbatan"ın U-17 komandasına danışılmış oyunlarla bağlı seminar keçildi

14:27

Yamalın agenti onu 200 milyona almaq istəyən PSJ-nin rəsmiləri ilə görüşdü

13:58

Azərbaycan taekvandoçuları Tallində 6 medal qazandılar

13:28

Ançelotti son nöqtəni qoydu - Arda Gülər növbəti mövsümə harada başlayacaq?

13:03

"Komanda sayının artırılmasının tərəfdarıyam, amma... - Bəxtiyar Musayev

12:26

MPL: 32-ci turun təyinatları bilindi

11:56

"Baku Sportinq"in yeni stadionu belədir - FOTOLAR

11:24

Antonio Kontenin yeni iş yeri bilindi - 3 illik műqavilə

10:06

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi

09:55

"Traktor" 1/4 finalda

09:20

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

01:25

Arda Gülər "Real"a qələbə qazandırdı

26 Aprel 2024
22:27

"Liverpul" 48 saat ərzində  baş məşqçisinin adını açıqlayacaq

20:20

Qarsiya "Barselona"ya dönəcək? - "Jirona" qərarını verdi

19:33

"Bayern"in azarkeşlərindən rəhbərliyə etiraz - Tuxelə görə

18:45

İspaniyada qalmaqal: Hökümət futbol federasiyasını nəzarətə götürdü

18:21

"O, yaxşı məşqçidir" - Klopp potensial xələfindən danışdı

17:52

"Barselona" bu futbolçusunu yayda satacaq 

17:25

"O, İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusudur" - Fil Foden

17:01

Azərbaycan millisinin üzvü medal qazandı

16:43

Azərbaycan Kuboku: Finalın nominal meydan sahibi bilindi

16:24

"Sabah" "Səbail"lə oyuna neçə itki ilə çıxacaq?

16:04

"Klublar legioner transferində yanlışlığa yol verirlər" - Bəxtiyar Musayev

15:42

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

15:23

Rusiya futbolunda böyük qalmaqal - "Soçi"ni Çeçenistanda zəhərləyiblər?

15:06

"Səbail"in iki futbolçusu "Sabah"a qarşı oynamayacaq

14:45

"O, çox pis oynayır, "Liverpul" yayda yeni müdafiəçi almalıdır"

14:27

Taşuyev yenə getdi - Bu dəfə qovmadılar

14:09

PSJ Fransada yeni rekorda imza atdı - 18 ildən sonra

13:50

"İki ay əvvəl hər şey xarabalığı xatırladırdı" - Rüdiger

Facebookdan bizi izləməyi unutmayın.
X