UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə 10 cütün tərkibi müəyyənləşib.
Azərbaycan millisinin forvardı Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Şimali Makedoniya "Şkupi"sini mübarizədən kənarlaşdırsa, "Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası, III təsnifat mərhələsi
Çempionlar Yolu
"Makkabi" (Hayfa, İsrail) / "Olimpiakos" (Yunanıstan) - "Apollon" (Limassol, Kipr)
"Qarabağ" (Azərbaycan) / "Sürix" (İsveçrə) - "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya)
"Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) / "Şkupi" (Şimali Makedoniya)
"Maribor" (Sloveniya) / "Şerif" (Moldova) cütünün qalibi - HİK (Finlandiya) / "Viktoriya" (Plzen, Çexiya)
"Linfild" (Şimali İrlandiya) / "Budyo Qlimt" (Norveç) - "Jalgiris" (Litva) / "Malmö" (İsveç)
"Srvena Zvezda" (Serbiya) - "Pünik" (Ermənistan) / "Düdelanj" (Lüksemburq)
Liqa yolu
"Monako" - PSV (Niderland)
"Dinamo" (Kiyev, Ukrayna) / "Fənərbağça" (Türkiyə) - "Şturm" (Qrats, Avstriya)
"Yunion" (Belçika) - "Reyncers" (Şotlandiya)
"Benfika" (Portuqaliya) - "Midtüllann" (Danimarka) / AEK (Larnaka, Kipr)
Qeyd edək ki, bu raundda ilk görüşlər 2-3 avqustda, cavab qarşılaşmaları isə 9 avqustda olacaq.