Adı "Qarabağ"la yanaşı çəkilən kabo-verdeli hücumçu Ze Luiş özünə yeni iş yeri tapıb.
Fanat.Az xəbər verir ki, Kiyev "Dinamo"suna da keçə biləcəyi iddia edilən forvard "Hatayspor"la anlaşıb.
Tərəflərin 1 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Kabo-Verde millisinin üzvü daha öncə "Portu", Moskva "Spartak"ı və Moskva "Lokomotiv"i kimi klubların da formasını geyinib. Onun son iş yeri Səudiyyə Ərəbistanının "Əl-Taavun" klubu olub.
Nihat