Azərbaycan şahmatçısı Gövhər Beydullayeva Sardiniyada (İtaliya) keçirilən gənclər arasında dünya çempionatında vahid lider olub.
Fanat.Az xəbər verir ki, 19 yaşlı qrossmeyster altıncı turda Nutakki Priyankanı (Hindistan) yenərək xalını 5,5-ə çatdırıb. Beləliklə, o, ən yaxın izləyicisini 0,5 xal qabaqlayır.
Beş turdan sonra oğlanların yarışında lider olan Abdulla Qədimbəyli isə bu dəfə italiyalı Françesko Sonislə heç-heçəyə razılaşıb. Aktivində 4,5 xal olan şahmatçımız ilk "dördlük"dən 0,5 xal geri qalmaqla beşinci pillədə qərarlaşıb.
Ləman Hacıyeva və Məhəmməd Muradlı isə Flippin təmsilçilərindən üstün olublar. Hacıyeva 4 xalla 18-ci, Muradlı 3 xalla 67-cidir.
Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.