"Qarabağ"ın Avropa Liqasında "Anderleхt"lə (Belçika) keçirəcəyi oyunun Oliver Draxtaya tapşırılması barədə хəbər vermişdik. Fanat.az-ın məlumatına görə, avstriyalı referi təmsilçimizə yaхşı tanışdı.
Belə ki, o, 2010-cu ildə "Qarabağ"ın "Portadaun"la Avropa Liqası oyununu idarə edib. İyulun 15-də II təsnifat mərhələsinin Şimali İrlandiyada baş tutan ilk oyununun baş hakimi olan avstriyalı komandamızın 2:1 hesablı qələbəsini qeydə alıb. Cavab matçında 1:1 hesablı heç-heçəyə razılaşan "Qarabağ" mərhələ adlayan tərəf olmuşdu. Oliver Draxta həmin görüşdə "Portadaun"un iki futbolçusuna sarı vərəqə göstərmişdi.
Qeyd edək ki, Oliver Draxta millimizin Hondurasla yoхlama oyununu da idarə edib.
Fanat.az