UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu ad uğrunda Jordan Veretu ("Olimpik Marsel"), Canluka Mançini ("Roma"), Berat Cimsiti ("Atalanta") və Matey Kovar ("Bayer Leverkuzen") mübarizə aparacaqlar.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.