Milli komandaların yeni reytinq siyahısı açıqlanıb.
Fanat.Az FIFA -nın saytına istinadən xəbər verir ki, bir pillə irəliləyən Azərbaycan yığması 112-ci sıraya qalxıb.
Hazırda təmsilçimizin hesabında 1177,83 xal var.
İtaliyalı mütəxəssis Canni De Byazinin gedişindən sonra müvəqqəti olaraq məşqçi Arif Əsədova tapşırılan milli Bakıda keçirilmiş “FIFA series - Edition 2024” layihəsində Monqolustanı 1:0 hesabı ilə məğlub edib, Bolqarıstanla bərabərliyə (1:1) razılaşıb.
Siyahıda son dünya çempionu Argentina (1855.2) birinci yerdədirsə, Fransa (1845,44) ikinci, Belçika (1798,46) üçüncüdür.