Bundesliqa klubu "Ayntraxt Frankfurt"un hücumçusu Ömər Marmuş Almaniya çempionatını İngiltərə Premyer Liqasına dəyişə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Tribal Football" məlumat yayıb.
Mənbənin məlumatına görə, hücumçunun xidmətində bir neçə klub maraqlıdır. Marmuş üçün "Liverpul", "Nyukasl" həmçinin, "Tottenhem" klubları mübarizə aparır. Bununla belə, "topçular"ın danışıqlarda uğur qazanacağı daha real hesab olunur. Potensial əməliyyatın məbləği 50-60 milyon avro qiymətləndirilir.
25 yaşlı misirli forvard Almaniya çempionatının bu mövsümündə 21 oyun keçirib. Marmuş bu görüşlərdə 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa