"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola maraqlı açıqlama ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis əsas rəqiblərindən biri olan "Liverpul"la fəxr etdiyini deyib.
Tanınmış insayder Fabritsio Romano Pepin sözlərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Liverpul"la qürur duyuram. Bu mövsüm nə baş versə də, onlarla fəxr edirəm. "Liverpul" mən bura gələndən bəri bizimlə gərgin mübarizə aparan əsl rəqibdir. Qazandıqları titulların sayına görə demirəm Bu komanda hər mövsüm mükafatlar qazanmağa yaxın olub".
Xatırladaq ki, 32 tura 73 xal toplayan "Mançester Siti" İngiltərə Premyer Liqasının turnir cədvəlində 1-ci, "Liverpul" isə 2-ci (71 xal) pillədə qərarlaşıb.
Nihat