Fransa Liqasında keçirilən PSJ - "Lion” oyununda (4:2) maraqlı avtoqol qeydə alınıb.
Fanat.Az xəbər verir ki, hesab 2:0 olarkən, meydan sahiblərinin futbolçusu Yulian Draksler sol cinahdan topu rəqibin cərimə meydançasına ötürüb. Bu vaxt qonaq komandanın müdafiəçisi təhlükəni uzaqlaşdırmaq istəyərkən top yenidən almaniyalı yarımmüdafiəçinin qarşısına düşüb. Drakslerin növbəti yerlə ötürməsini isə "Lion"un digər futbolçusu Fernando Marsal qüvvətli zərbə ilə öz qapısından keçirib.
Qeyd edək ki, hazırda Parisin PSJ futbol klubu Fransa çempionatında ilk yerdə qərarlaşıb.
Fanat.Az