Argentina çempionatının XIX turunda "Rasinq" və "İndependyente" komandaları arasında keçirilən matçda maraqlı hadisə baş verib.
Fanat.Az xəbər verir ki, "Rasinq"in futbolçusu Marselo Dias görüşün fasiləsində banan yeməyə vaxt tapmayıb. O, ikinci hissənin başlanmasına bir neçə saniyə qalmış meydanda banan yeyib. Matçın yenidən başlamasına baxmayaraq, Dias banan yeyə-yeyə qaçıb və cərimə zərbəsi yerinə yetirib.
Qeyd edək ki, qarşılaşma "Rasinq"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki yeganə qolu məhz 86-cı dəqiqədə Marselo Dias vurub.
Fanat.Az