Gürcüstan millisi ardıcıl yeddinci dəfə kişi komandaları arasında reqbi üzrə Avropa çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, turnirin finalında Portuqaliya yığması ilə qarşılaşan qonşularımız rəqibinə 36:10 hesabı ilə qalib gəlib.
Gürcüstan üçün bu titul ardıcıl yeddinci və tarixdə on altıncı olub.
Avropa çempionatının bürünc medalçısı isə ispaniyalı reqbiçilər olublar.