Niderland birinci divizionunda 33-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Oss”a 1:2 hesabı ilə məğlub olub. Meydana start "11-lik"də çıxan Kökçü sonadək oynayıb. O, 11-ci dəqiqədə komandasının yeganə qoluna imza atıb. Bu, 25 yaşlı milli üzvünün cari mövsümdə 11-ci qolu olub.
Qeyd edək ki, 33 tura 38 xal toplayan "Eyndhoven" hazırda turnir cədvəlində 20 komanda arasında 14-cüdür.