Misli Premyer Liqasının XXXI turunda "Sumqayıt"ı qəbul edəcək "Turan Tovuz" oyuna tam heyətlə çıxa bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında "boz qurdlar"ın sözçüsü Süleyman Tağıyev deyib.
Klub rəsmisi zədəli və cəzalı oyunçuların adlarını açıqlayıb:
"Veysəl Rzayev, Eltun Turabov və Roderik Miller zədə səbəbindən meydana çıxa bilməyəcəklər. Xəyal Nəcəfov isə sarı vərəqə limiti dolduğu üçün oyunu kənardan izləyəcək".
Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" matçı aprelin 19-da Tovuz şəhər stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti 16:30-da səslənəcək.
Nihat