Azərbaycanın idman mətbuatında öz dəsti-xətti ilə seçilən, qısa müddət ərzində ciddi informasiya mənbəyinə çevrilməyi bacaran SportLine.az saytının yaranmasından iki il ötür.
Fanat.Az xəbər verir ki, saytda Azərbaycan və dünya idmanı haqqında operartiv məlumatlarla, foto sessiyalarla və videogörüntülərlə tanış olmaq mümkündür.
Yarandığı qısa müddət ərzində çoxsaylı idman saytları arasında öz yerini tutan SportLine.az təkcə futbola yox, idmanın digər növlərinə geniş yer ayırması və xüsusi layihələri ilə diqqət çəkir.
SportLine.az kollektivini 2 yaş münasibətiylə təbrik edir, yaradıcılıq uğurları və saytın uzunömürlü olmasını arzulayırıq!