Santyaqo Solarinin "Real"a başçılıq etməsindən sonra heyətə düşməkdə çətinlik çəkən İsko karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, yayda Madrid klubundan Kriştiano Ronaldonu transfer edən "Yuventus" bu dəfə 26 yaşlı yarımmüdafiəçini hədəfə alıb.
İddialara görə, Turin klubu İskonu qışda transfer etmək istəyir. Baş məşqçi Massimiliano Alleqri 26 yaşlı futbolçunun alınmasını rəhbərlikdən xahiş edib.
Qeyd edək ki, İsko bu mövsüm 14 rəsmi oyuna çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fanat.Az