UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Makkabi” (Hayfa, İsrail) – “Renn” (Fransa) matçının məkanını dəyişib.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Belqrad şəhərində yox, Budapeştdə baş tutacaq.
Buna Serbiya paytaxtındakı Rajko Mitic stadionunun əlçatan olmaması səbəb göstərilib.
Beləliklə, “Makkabi” – “Renn” matçı noyabrın 30-da “Puşkas Arena”da, boş tribunalar önündə keçiriləcək.