
Türkiyə 1. Liqasının 2-ci turunda milli komandamızın üzvü Toral Bayramovun formasını geyindiyi "Bursaspor" öz meydanında "İğdır FK"nı qəbul edib.
Fanat.Az xəbər verir ki, gərgin keçən qarşılaşma Bursa təmsilçisinin 1:0 hesablı minimal qələbəsi ilə yekunlaşıb.
Matçın taleyini həll edən yeganə qolu 16-cı dəqiqədə K. İheanaço vurub. "Bursaspor"un baş məşqçisi Mustafa Er oyunun ikinci hissəsində – 70-ci dəqiqədə Toral Bayramovu (Barış Gökün əvəzinə) meydana buraxıb.
Millimizin üzvü oyuna daxil olduqdan cəmi 2 dəqiqə sonra – 73-cü dəqiqədə VAR yoxlamasından sonra rəqib komandanın futbolçusu Alperen Səlvi birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Azlıqda qalan İğdır təmsilçisi matçın qalan dəqiqələrində hesabda tarazlığı bərpa edə bilməyib.
Kamil Xudiyev