
Yay transfer pəncərəsində "Qarabağ"dan ayrılaraq Şotlandiya giqantı "Seltik"ə keçən kolumbiyalı futbolçu Kamilo Duran yeni komandasında daha bir qol vurub.
Fanat.Az xəbər verir ki, Şotlandiya Liqa Kuboku çərçivəsində keçirilən "Dandi Yunayted" – "Seltik" matçında qonaqlar 0:4 hesablı darmadağınla qələbə qazanıblar.
Matçın ilk dəqiqələrindən üstünlüyü ələ alan "Seltik" 22-ci dəqiqədə A. Trastinin qolu ilə önə keçib. Cəmi 2 dəqiqə sonra – 24-cü dəqiqədə sahəyə damğasını vuran Kamilo Duran komandasının 2-ci qoluna imza ataraq hesabı 0:2 edib.
İkinci hissədə də təzyiqi sürdürən Qlazqo təmsilçisi S. Tunekti (54-cü dəqiqə) və B. Nüqrenin (63-cü dəqiqə) qolları ilə matçın yekun hesabını müəyyənləşdirib (0:4).
Kamil Xudiyev