
Polşa Ekstraklasasının növbəti turunda milli komandamızın hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Rakov" səfərdə "Krakoviya"nın qonağı olub.
Fanat.Az xəbər verir ki, gərgin keçən qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmaya əsas heyətdə başlayan Mahir Emreli matçın 31-ci dəqiqəsində diqqət mərkəzinə düşüb. O, dəqiq pasla P. Makuşu təmin edərək komandasının hesabı açmasına şərait yaradıb (0:1).
Lakin ikinci yarıda üstünlüyü ələ alan "Krakoviya" 56-cı dəqiqədə A. Hasiçin qolu ilə hesabı bərabərləşdirib. 75-ci dəqiqədə isə D. Pila ev sahiblərinin qələbə qoluna imza atıb – 2:1.
Mahir Emrelinin məhsuldar ötürməsi "Rakov"a Polşa səfərindən xalla dönmək üçün kifayət etməyib.
Kamil Xudiyev