UEFA Avropa Liqasında 2020/2021 mövsümünün ən yaxşı futbolçusu açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı UEFA-nın rəsmi saytı yayıb.
Xəbərə görə, bu ada İspaniyanın "Vilyarreal"ın hücumçusu Jerar Moreno layiq görülüb.
Qeyd edək ki, 29 yaşlı ispan futbolçu 2018-ci ildən La Liqa təmsilçisinin əsas heyətində çıxış edir. O, bu müddət ərzində 103 oyunda meydana çıxıb və 49 qola imza atıb.
Xatırladaq ki, "Vilyarreal" ötən mövsüm Avropa Liqasının qalibi olub.
Röya