FİFA referisi Əliyar Ağayevə növbəti təyinat gəlib.
Fanat.Az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Midtülland” (Danimarka) – “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Oyunun var hakimləri rusiyalı Vitali Meşkov və Sergey İvanovdur.
Qeyd edək ki, görüş sentyabrın 16-da Herninq şəhərində baş tutacaq.