"Lester"in zambiyalı futbolçusu Patson Daka Avropa Liqasında ən qısa müddətdə edilmiş het-trik rekordunu yeniləyib.
Fanat.Az xəbər verir ki, evdə oynayan "Spartak"ın 3:4 hesablı məğlubiyyəti ilə başa çatan oyunda afrikalı forvard 45, 48 və 54-cü dəqiqələrdə fərqlənərək bu nəticəyə imza atıb.
Öncəki rekord Ruminiyanın "Styaua" klubunun hücumçusu Klaudio Keşeruya məxsus idi. Keşeru 2014-cü ilin 18 sentyabr tarixində keçirilən AL matçında "Olborq"un (Danimarka) qapısına 10 dəqiqəyə 3 top vurmuşdu.
Qeyd edək ki, "Spartak"ı təkbaşına yenən Daka 79-cu dəqiqədə pokerini rəsmiləşdirib.
Nihat