Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu ada Almaniyanın “Bayer Lverkuzen”in yarımmüdafiəçisi Mussa Diabi layiq görülüb.
O, ötən gecə İspaniyanın “Betis” komandasına 4:0 hesabıyla qalib gəldikləri oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Avroliqada həftənin ən yaxşı oyunçusu adına “Vest Hem”dən (İngiltərə) Said Benrahma, Lion “Olimpik”indən (Fransa) İslam Slimani və “Braqa”dan (Portuqaliya) Rikardo Horta da namizəd idi.